İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan İranla bağlı elə bir AÇIQLAMA verdi ki...

Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə səfərdədir.

Musavat.com xəbər verir ki, hazırda Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə brifinq keçirir.

Hakan Fidan bildirib ki, İranda sülh region üçün vacibdir. O, regionda sabitlik və təhlükəsizliyin Türkiyə xarici siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb: “Ötən ay Tehrana səfərim olmuşdu. Həm ikitərəfli münasibətlər, həm də regionda baş verən hadisələrlə bağlı iranlı həmkarım ilə mütəmadi təmaslarım olur. Bölgədəki problemləri bölgəyə sahiblənmə prinsipi ilə həll yolları tapmalı olduğumuzu hər zaman deyirik. İstər Yaxın Şərq, istərsə Balkanlar, istərsə də Cənubi Qafqazla bağlı prinsipimiz budur. İranın rifahı bizim üçün də, bölgə üçün də önəmlidir”.

Nazir İranda baş verənləri diqqətlə izlədiklərini bildirib: “Etirazlarda ölənlərlə bağlı İrana baş sağlığı diləyirik. Hadisələrin səngiməsi məmnunluq yaradır. Sükunətin qalıcı olmasını diləyirik. İranın daxili məsələlərinin xarici müdaxilə olmadan İran xalqı tərəfindən sülhlə həll olunmasına ümid edirik. Digər tərəfdən PKK-ın bu hadisələrdən istifadə etməyə çalışdığını gördük. Bu da terror təşkilatının, sadəcə, Türkiyə üçün deyil, İran üçün də təhlükə olduğunu bir daha göstərib. Bu mübarizədə ortaq əməkdaşlığın önəmini bir daha vurğulamaq istəyirəm”.

Türkiyə XİN rəhbəri həmçinin, ABŞ ilə İran arasında danışıqların bərpa olunmasının bölgədə gərginliyin azalması baxımından həyati önəm daşıdığına diqqət çəkib: “İrana qarşı hər hansı hərbi müdaxilənin əleyhinə olduğumuzu bütün tərəflərə bildirmişik. Müzakirə və diplomatiyanın tərəfdarıyıq. Suriyada, İraqda, Əfqanıstanda, Qəzzada yaşananlar xatirimizdədir. Keçmişin yaralarını sağaltmağa çalışarkən bölgədə başqa yaranın açılması heç kimə fayda gətirməyəcək. Bölgə ölkələri sülh istəyir. Buna görə də tərəfləri müzakirə masasına dəvət edirik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR