İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilməz addım: Tramp məhkəməyə gəldi

ABŞ Ali Məhkəməsində Donald Trampın doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmağa yönəlmiş prezident fərmanı üzrə dinləmələr keçirilib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti bu prosesdə şəxsən iştirak edərək məhkəmə zalına gəlib və bununla da Ali Məhkəmənin iclasına qatılan ilk ABŞ prezidenti kimi diqqət çəkib.

Məlumata görə, hakimlər Tramp administrasiyasının təşəbbüsünü müzakirəyə çıxarıb və bu addımın ABŞ Konstitusiyasının 14-cü düzəlişinə uyğun olub-olmaması əsas mübahisə mövzusuna çevrilib. Sənəd ABŞ ərazisində doğulan, lakin valideynləri qanuni statusa malik olmayan uşaqlara avtomatik vətəndaşlıq verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Aşağı instansiya məhkəmələrinin qərarı ilə bu fərmanın icrası daha əvvəl dayandırılmışdı və indi yekun qərarı Ali Məhkəmə verəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR