İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilmədən Ukraynaya GETDİ: Bu mesajı verdi - VİDEO

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Lyayen müharibənin başlanmasından bəri onuncu dəfə Kiyevə gəldiyini açıqlayıb.

O, Xarkovda paylaşdığı mesajda bildirib:

"Avropa Ukraynanın yanında, maliyyə, hərbi və bu sərt qış boyunca sarsılmaz olaraq durur. Ukraynanın ədalətli mübarizəsinə sadiqliyimizi vurğulamaq istəyirəm. Həm Ukrayna xalqına, həm də təcavüzkara aydın mesajdır: sülh bərpa olunana qədər geri çəkilməyəcəyik".

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR