İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinin baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Fələstin Dövlətinin baş naziri Məhəmməd Mustafa Bakıda Zəfər parkını ziyarət edib.

Musavat.com xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fələstin Dövlətinin baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR