İnsanlara hürriyət, millətlərə istiqlal!

Fars körfəzində agent ovu: Bəhreyn 20 İraniyyatpərəst casusu və din xadimini qandalladı

Yaxın Şərqdə regional təhlükəsizlik sistemini sarsıdan ABŞ-İran hərbi qarşıdurmasının ən gərgin fonunda Bəhreyn Krallığı öz ərazisində genişmiqyaslı antiterror və əks-kəşfiyyat əməliyyatına start verib.

Musavat.com xəbər verir ki, İranın rəsmi və nüfuzlu "Tasnim" informasiya agentliyinin yaydığı şok məlumata görə, Bəhreynin hüquq-mühafizə orqanları birbaşa İran kəşfiyyatı və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə gizli əməkdaşlıqda, habelə ölkədə daxili sabitliyi pozmaqda ittiham olunan 20 nəfəri təcili şəkildə həbs edib. Saxlanılan şəxslər arasında ölkə daxilində ciddi təsir rıçaqlarına malik olan 5 tanınmış şiə ilahiyyatçısının (ilahiyyat aliminin) da olduğu bildirilir.

Mənbələrin verdiyi məlumata görə, krallıqdakı bu kütləvi həbs dalğası ABŞ və İran İslam Respublikası arasında regionda hərbi və strateji toqquşmaların kəskinləşdiyi dövrə təsadüf edir. İranın Bəhreyndəki proksi şəbəkələrinə qarşı yönələn bu xüsusi əməliyyat nəticəsində krallıqda həbsə atılan şiə din xadimlərinin və radikal fəalların ümumi sayı rəsmən 58 nəfərə yüksəlib.

Beynəlxalq hərbi-siyasi analitiklər Bəhreyn hakimiyyətinin bu kəskin addımını, ABŞ-ın regiondakı hərbi bazalarına ev sahibliyi edən rəsmi Manamanın, İranın ölkə daxilindəki şiə xalq kütlələrindən istifadə edərək dövlət çevrilişinə və ya diversiyalara cəhd göstərmək planlarının qarşısını almaq üçün həyata keçirdiyi ən qətiyyətli profilaktik xəbərdarlıq zərbəsi kimi dəyərləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR