İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsrin oğurluğu: 8 min brilyant yoxa çıxdı, kadrlar yayımlandı - Video  

Fransız televiziya kanallarında Parisdə yerləşən "Louvre Museum"da baş vermiş səs-küylü oğurluğun təhlükəsizlik kameralarından əldə edilən görüntüləri yayımlanıb.

Musavat.com xəbər verir ki, oğurluq 2025-ci il oktyabrın 19-da baş verib. Məlumata görə, naməlum şəxslər muzeyin ən qorunan bölmələrindən birinə daxil olaraq 8 mindən çox brilyant və 200 ədəd nadir mirvarini ələ keçiriblər.

Fransa polisi hadisə ilə bağlı dörd şübhəli şəxsi saxlayıb, lakin oğurlanmış qiymətli daşlar hələ də tapılmayıb. Hüquq-mühafizə orqanları cinayətin peşəkar şəkildə planlaşdırıldığını, təhlükəsizlik sistemlərinin əvvəlcədən öyrənildiyini bildirir.

Televiziyada yayımlanan kadrlarda oğruların gecə saatlarında sakit və koordinasiyalı şəkildə hərəkət etdiyi, vitrinlərin qısa müddətdə açıldığı görünür. Mütəxəssislər bunu son illərin ən böyük muzey oğurluqlarından biri kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR