İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Pezeşkiyan həyəcanı

İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkiyanın qələbəsi Ermənistan üçün arzuolunmazdır.

Musavat.com bildirir ki, bunu iranlı ekspert Janna Vardanyan "Sputnik Ermənistan"a bildirib.

“Keçmişdə islahatçı nümayəndə və etnik azərbaycanlı bir sıra anti-erməni bəyanatlar verib, o cümlədən Qarabağ münaqişəsi kontekstində. Təbii ki, prezident İranın xarici siyasətini təkbaşına həyata keçirmir - burada bütöv bir qərar qəbuletmə sistemi var və Ali Rəhbər Xamneyi faktorunu da unutmaq olmaz. Bununla belə, yerli çətinliklər yarana bilər”, erməni ekspert narahatlığını ifadə edib.

Erməni mediası yazır ki, bütövlükdə iyulun 5-də keçiriləcək prezident seçkilərinin ikinci turu çox həyəcanlı olacağını vəd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR