İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda PARTLAYIŞ: Hərbçi həlak oldu

Ermənistanda baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Onun sözlərinə görə, hadisə sentyabrın 24-də hələlik müəyyən edilməyən şəraitdə baş verib.

Partlayış nəticəsində D. K. rekvizitli müqaviləli hərbi qulluqçu həyatını itirib.

Nazirlikdən bildirilib ki, hərbi qulluqçunun ailəsi baş verənlər haqqında müəyyən olunmuş qaydada məlumatlandırılıb. Hadisənin dəqiq səbəblərini və təfərrüatlarını üzə çıxarmaq üçün təhqiqat aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR