İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanına ballistik raket və dronla hücum edilib

Səudiyyə Ərəbistanı Ər-Riyada doğru atılan iki dronun ələ keçirildiyini açıqlayıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya iki PUA-nın 26 sentyabr səhəri krallığın hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini bildirib.

Agentlik həmçinin ölkənin cənub-qərbindəki Xamis Muşait şəhərinə doğru atılan ballistik raketin də ələ keçirildiyini yazıb. Ər-Riyadın rəhbərlik etdiyi koalisiya, ballistik raketin krallığın hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini bildirib. Əlavə məlumat verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR