İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən İrəvana balıq və süd sanksiyası - açıqlama

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxlayır, çünki istehsalatdakı pozuntuların aradan qaldırılmasını təsdiqləyən heç bir sənəd təqdim edilməyib. Musavat.com-un məlumatına görə, bu barədə “Rosselxoznadzor”dan TASS-a bildirib.

Daha əvvəl Rusiya tərəfi aşkar edilmiş qayda pozuntuları səbəbindən Ermənistan istehsalı olan geniş çeşidli məhsulların – mineral su və spirtli içkilərdən tutmuş tərəvəz, meyvə, balıq və süd məhsullarına qədər – idxalını məhdudlaşdırmışdı.

Açıqlamada deyilir: "Rosselxoznadzor balıq və süd məhsullarının istehsalı zamanı yol verilmiş pozuntuların aradan qaldırılmasına dair Ermənistan tərəfindən təsdiqedici sənədlər almayıb. Ermənistanın nəzarət orqanından yalnız təminatlar və rəsmi müraciətlər daxil olub. Bu isə məhdudiyyətlərin aradan qaldırılması üçün kifayət deyil. Ermənistan tərəfinə bu barədə məlumat verilib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR