İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranın təklifini rədd etdi – Konqres seçkilərindən sonra...

ABŞ prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və köməkçilərinə noyabr ayında keçiriləcək konqres seçkilərindən sonra İrana qarşı bombardmanları davam etdirəcəyini gözlədiyini bildirib.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal qəzeti yayıb. Vaşinqton administrasiyasındakı mənbəyə görə, "Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və köməkçilərinə noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İrana qarşı bombardmanların davam edəcəyini gözlədiyini bildirib": “Tramp İranın onun tələblərini yerinə yetirəcəyinə şübhə ilə yanaşıb və köməkçilərinə bombardmanların yenidən başlamasını ehtimal etdiyini bildirib".

Qeyd olunur ki, Tramp hələ potensial zərbələrin miqyası barədə qərar verməyib. Qəzetin məlumatına görə, Amerika lideri, xüsusən də ABŞ-ın sursat ehtiyatlarının tükənməsi səbəbindən "genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək" istəmir.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi TehranIN Qətər vasitəsilə ABŞ-a Hörmüz boğazından gəmilərin daşınmasını bərpa etmək üçün yeddi günlük plan təqdim etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR