Onlayn ictimai-siyasi qəzet
Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması faktı üzrə axtarış işlərinə başlanılmışdı.
Aparılan axtarış-xilasetmə və aydınlaşdırma tədbirləri nəticəsində N.Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyən edilib.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ