İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatçıları AŞPA önündə yenə təxribat törətdi - VİDEO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında ermənilər növbəti dəfə təxribata əl atıblar.

Musavat.com xəbər verir ki, bir neçə nəfərdən ibarət erməni təxribatçısı AŞPA qarşısında aksiya keçirərək keçmiş qondarma rejimin “bayraq” adlandırdıqları əski parçasını nümayiş etdiriblər.

Aksiya iştirakçıları qaldırdıqları plakatlarda “Kilsə dövlətdən ayrıdır” kimi şüarlar səsləndirib, 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarını növbəti dəfə təhrif edərək “erməni soyqırımı” kimi təqdim etməyə çalışıblar.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edəcək.

Musavat.com aksiya ilə bağlı görüntüləri təqdim edir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR