Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda aparılan danışıqlar nəticəsində 2025-ci ilin may ayından bu yana 2300-dən çox rus əsgəri və 170-dən artıq rus mülki vətəndaşı, eləcə də təxminən 2400 ukraynalı əsgər və 170-dən çox ukraynalı mülki şəxs evinə qayıdıb.
Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Lavrov Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılan İstanbul Platformunun bir sıra humanitar məsələlərin həllinə imkan verdiyini vurğulayıb və Rusiya-Ukrayna danışıqları üçün İstanbulun məkan kimi təqdim olunmasına görə Türkiyəyə minnətdarlığını bildirib.
Nazir qeyd edib ki, Rusiya tərəfi atəşkəsin monitorinqi, birgə nəzarət mərkəzinin yaradılması və hərbi-siyasi-humanitar məsələlər üzrə işçi qrupların formalaşdırılması təklifləri versə də, bu təşəbbüslər cavabsız qalıb. Onun sözlərinə görə, real nəticə yalnız əsir mübadiləsi və cənazələrin qaytarılması olub.
Lavrov Ukraynanın İstanbul prosesinin “irəliləyiş vermədiyini” əsas gətirərək danışıqları dayandırdığını xatırladıb və Kiyevin Qərb ölkələri ilə birlikdə danışıqlar prosesini yenidən pozmağa çalışdığını iddia edib.
Eyni zamanda Lavrov Türkiyə-Rusiya münasibətlərinə də toxunaraq Akkuyu AES, TürkAxını və Mavi Axın layihələrinin uğurla davam etdiyini, enerji əməkdaşlığının regional təhlükəsizlik üçün mühüm rol oynadığını bildirib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ