Onlayn ictimai-siyasi qəzet
“İranın yeni ali lideri Müctəba Xameneinin səhhəti yaxşıdır və o, ölkədəki vəziyyəti tam nəzarətdə saxlayır”.
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, İranın ali lideri tam sağlamdır və dövlət idarəçiliyini tam şəkildə həyata keçirir.
Abbas Əraqçi qeyd edib ki, İranda siyasi sabitlik qorunur. Nazirin sözlərinə görə, dövlət institutlarında və orduda parçalanma və ya fikir ayrılığı müşahidə olunmur.
Qeyd edək ki, bundan öncə Küveytin “Əl-Cəridə” nəşri ali rəhbərə yaxın mənbələrə istinadən Müctəba Xameneinin gizli bir əməliyyatla müalicə olunmaq üçün Moskvaya təxliyə edildiyini yazıb. Mənbə iddia edib ki, fevralın 28-də İsrailin endirdiyi raket zərbələri zamanı ağır yaralanan Xameneiyə yardım təklifi şəxsən Rusiya prezidenti Vladimir Putindən gəlib və İran rejimi bu təklifi qəbul edib.
Xüsusi hərbi təyyarə ilə Moskvaya çatdırılan liderin orada dərhal cərrahi əməliyyat olunduğu və hazırda özəl klinikalardan birində müalicəsinin davam etdirildiyi bildirilib. Eyni zamanda İranın islahatçı dairələrindən sızan məlumatlar rəsmi Tehranın yaydığı “liderin müraciəti” ətrafındakı müəmmanı daha da dərinləşdirib. İddia olunur ki, dövlət televiziyasında oxunan qısa müraciət mətni, əslində, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən hazırlanıb və Müctəba Xameneinin öz xalqına müraciət etməsindən belə xəbəri olmayıb.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ