İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçidən Xamenei və Pezeşkianın ölüm xəbərinə REAKSİYA - VİDEO

İranın ali lideri Əli Xamenei və prezident Məsud Pezeşkian sağ-salamatdır. 

Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "NBC" televiziyasına bildirib.

Onun sözlərinə görə, bütün yüksək vəzifəli rəsmilər həyatdadır və hər şey qaydasındadır.

Buna baxmayaraq, İsrail kəşfiyyatının məlumatına görə, Xameneinin bu səhər sui-qəsd nəticəsində öldürülmə ehtimalı yüksəkdir.

Əraqçi eyni zamanda ABŞ ilə dialoqa açıq olduğunu bildirib:

“Hazırda heç bir ünsiyyət yoxdur, amma amerikalılar bizimlə danışmaq istəsələr, mənimlə necə əlaqə saxlayacaqlarını bilirlər”.

Nazir əlavə edib ki, İranda rejim dəyişikliyi “icraedilməz missiyadır”:

“Milyonlarla insan bizi dəstəkləyərkən rejim dəyişikliyini həyata keçirə bilməzsiniz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR