İnsanlara hürriyət, millətlərə istiqlal!

Emreli İsrail klubunun təklifini rədd etdi

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" komandasının futbolçusu Mahir Emrelinin imtina etdiyi daha bir klub müəyyənləşib.

Musavat.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.

"Makkabi" (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyib. Lakin oyunçu təklifdən imtina edib.

Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.\\Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR