İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov Aşqabadda Gürcüstanın baş naziri ilə görüşdü

Azərbaycanın baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR