İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın enerji nəhəngləri Ağ Evə toplanır

ABŞ prezidenti Donald Tramp bu gün Venesuelanın neft sənayesinə ən azı 100 milyard dollar investisiya qoymağı planlaşdıran böyük neft şirkətlərinin rəhbərliyi ilə görüşəcək.

Musavat.com xəbər verir ki, Tramp "Fox News"a verdiyi müsahibədə görüşdə 14 şirkət rəhbərinin iştirak edəcəyini deyib:

"Onlar Venesuelanın bütün neft infrastrukturunu yenidən quracaqlar. Onlar ən azı 100 milyard dollar xərcləyəcəklər".

Qeyd edək ki, Ağ Ev administrasiyası yalnız ABŞ deyil, Avropa enerji və neft ticarəti nəhənglərini görüşə dəvət edib. Şirkətlər Vaşinqtondan detallı məlumat və yatıracaqları investisiyalar üçün zəmanət istəyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR