İnsanlara hürriyət, millətlərə istiqlal!

DÜNYANI TƏŞVİŞƏ SALDI: Süni intellektli RAKETİ sınaqdan keçirdi

Şimali Koreya təlimlər zamanı süni intellekt sistemi inteqrasiya edilmiş orta mənzilli raketin buraxıldığını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı KCNA agentliyi yayıb.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı, eləcə də Koreya Fəhlə Partiyasının (KFP) Ümumi işlər idarəsinin rəhbəri Kim Yo Çjon raketin buraxılışı ilə bağlı yazılı bəyanatla çıxış edib.

"Bu gün səhər tezdən keçirilən təlimlər zamanı Şərq dənizi (Yapon dənizi) istiqamətində strateji raket kompleksi buraxılıb", - deyə o bildirib və təlimlərdə orta mənzilli raketdən istifadə olunduğunu qeyd edib.

Onun sözlərinə görə, raket "düşmən hədəfləri" tərəfindən ələ keçirilməyib. Kim Yo Çjon raketin alçaq hündürlükdə uçuş trayektoriyasını dəyişmək qabiliyyətinə malik olduğunu və ona süni intellektin inteqrasiya edildiyini vurğulayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında Şimali Koreyadan buraxılan raketin Şərq dənizinə düşməzdən əvvəl 700 kilometr məsafə qət etdiyi bildirilir.

Cənubi Koreya və ABŞ kəşfiyyat xidmətləri raketin buraxılışını ilk andan izləyib və müvafiq məlumat mübadiləsi aparıblar.

Cənubi Koreya Prezidenti Li Cje Myon oktyabrın 1-də verdiyi bəyanatda Şimali Koreya ilə hərbi gərginliyin azaldılması və iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində bundan sonra da konkret addımların atılacağını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR