İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatının ilk qırmızı kartı tarixə düşdü-Sithole qovuldu

Dünya Çempionatında ilk qırmızı vərəqə göstərilib.

Turnirin açılış oyununda Meksika ilə CAR (Cənubi Afrika Respublikası) arasında keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində CAR millisinin futbolçusu Yaya Sithole kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bununla da mundialın ilk qırmızı kartı tarixə düşüb. Azlıqda qalan Afrika təmsilçisi oyunun qalan hissəsində hesabı qorumaq və nəticə əldə etmək üçün daha çətin vəziyyətlə üz-üzə qalıb.

 

87c5a012-8654-44de-8ff0-651f6ba13b54.jpg (214 KB)

Açılış matçında yaşanan bu hadisə dünya çempionatının ilk böyük intizam hadisəsi kimi yadda qalacaq.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR