Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
Musavat.com-un xəbərinə görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri bildirib ki, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilərək məcəlləşdirilməsi zərurəti yaranıb:
"Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası, konstitusiya hüquq nizamının milli ərazi yurisdiksiyası çərçivəsində təmin edilməsi və həmçinin dövlət qulluğu sahəsində həyata keçirilən institusional dəyişikliklər də yeni məcəllənin qəbulunu aktuallaşdırır".
Əli Hüseynli deyib ki, 2021-ci ilin fevral ayında işğaldan azad olunan ərazilərdə müvafiq vəzifələri yeni hüquqi institut - Prezident Administrasiyasının struktur bölməsi olan Prezidentin xüsusi nümayəndələri həyata keçirir:
"Bu, tamamilə yeni strukturudur. Bu Naxçıvan Muxtar Respublikasında da öz əksini tapdı. Beləliklə biz görürük ki, dövlət quruculuğunda, dövlət qulluğunda yeni institusional mexanizmlər yaranır. Qeyd etdiyim kimi, bu məsələlər birbaşa dövlət qulluğu sisteminin ən mühüm komponentləri sırasında durur və göründüyü kimi, dövlət qulluğu sistematik dəyişikliklər mərhələsini yaşayır. Onun inkişafında müşahidə edilən tendensiyaların hüquqi insturimentlər vasitəsilə təsbit edilməsi üçün ən səmərəli varinat məcəllə forması seçilib".
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyulub və ilk oxunuşda təsdiqlənib.
E.Paşasoy,
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ