İnsanlara hürriyət, millətlərə istiqlal!

Dohada həyəcanlı saatlar: İran xəritə paylaşaraq təcili təxliyə tələb etdi

İran Silahlı Qüvvələri və SEPAH-ın Media Əməliyyatları Mərkəzi Qətərin paytaxtı Dohanın bir neçə strateji rayonu üçün təcili təxliyə xəbərdarlığı yayıb.

Musavat.com xəbər verir ki, İran tərəfi həmin ərazilərdə ABŞ hərbi personalının gizləndiyini iddia edərək, yaxın saatlarda həyata keçiriləcək raket və dron zərbələri zamanı mülki əhalinin zərər görməməsi üçün dərhal ərazini tərk etməyə çağırıb. Xəbərdarlıqda xüsusilə aşağıdakı ərazilərin adları çəkilir:

* Eyn Xalid (Ain Khaled)
* Lusail (Lusail)
* Əl-Vaab (Al Waab)

Eyni zamanda, İranın energetika infrastrukturuna endirilən zərbələrə cavab olaraq, SEPAH Qətərin Ras Laffan sənaye şəhəri və Mesaieed neft-kimya kompleksi üçün də xəbərdarlıq edib. Məlumata görə, artıq Ras Laffandakı bəzi obyektlərdə işçilərin təxliyəsinə başlanılıb.

Qətər Daxili İşlər Nazirliyi isə sakinlərin mobil telefonlarına təcili xəbərdarlıq mesajları göndərərək, Dohanın mərkəzi hissələrində, xüsusən Muşeyreb (Musheireb) rayonunda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və sakinlərin müvəqqəti olaraq sığınacaqlara (yeraltı dayanacaqlara) keçmələrini tövsiyə edib. Şəhər üzərində artıq bir neçə İran raketinin Qətər HHM sistemləri tərəfindən vurulduğu, lakin təhlükənin hələ də yüksək olduğu bildirilir. ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, əgər İran Qətərin maye qaz (LNG) infrastrukturuna hücumları davam etdirərsə, ABŞ İranın Cənub Pars yatağını "tamamilə yerlə-yeksan edəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR