İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekindən mübahisəli sulara hərbi güc nümayişi: Süni adanın inşasında yeni mərhələ

Çin Cənubi Çin dənizində yerləşən mübahisəli Antilop rifində süni adanın tikintisinin ilk mərhələsini başa çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşrin yazdıqlarına görə, uzunluğu təxminən 6 kilometr olan rifdə artıq dərin sulu dəniz limanı inşa edilib, həmçinin gələcəkdə uçuş-eniş zolağı kimi istifadə oluna biləcək obyektin formalaşdırılması işləri aparılır. Pekin rəsmi olaraq bu infrastrukturun yalnız mülki məqsədlər üçün nəzərdə tutulduğunu bəyan edir.

Lakin beynəlxalq analitiklər hesab edirlər ki, inşa edilən bu yeni strateji obyekt Çinin regiondakı hərbi varlığını və kəşfiyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə qadirdir. Mütəxəssislər xüsusilə vurğulayırlar ki, bu baza Tayvan ətrafında baş verə biləcək ehtimal olunan hərbi münaqişə zamanı Pekin üçün mühüm strateji üstünlük təmin edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR