Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə dünya əhalisi təxminən 8,3 milyard nəfərdir. Bunlardan 4,7 milyardı ən çox əhalisi olan 10 ölkədə yaşayır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, reytinqdə Hindistan birinci, Çin isə ikinci yerdədir.
BMT tərəfindən təqdim olunan məlumatlara görə, Hindistanın əhalisi 1,47 milyard nəfəri keçib. İkinci yerdə olan Çinin əhalisi təxminən 1,41 milyard nəfərdir.
Bu iki ölkədə ümumilikdə təxminən 2,89 milyard insan, yəni dünya əhalisinin üçdə biri yaşayır. Hindistanın əhalisi artmağa davam edərkən, Çinin əhalisi azalır. BMT-nin proqnozlarına görə, bundan sonra da Çin əhalisinin uzunmüddətli azalması gözlənilir.
Reytinqdə üçüncü yeri ABŞ tutur - 349 milyon nəfər. Sonrakı yerlərdə İndoneziya - 287,9 milyon və Pakistan - 259,3 milyon nəfər gəlir.
Növbəti beşlik aşağıdakı kimidir: Nigeriya - 242,4 milyon, Braziliya - 213,6 milyon, Banqladeş - 177,8 milyon, Rusiya - təxminən 146 milyon və Efiopiya - 138,9 milyon nəfər.
Beləliklə, ilk 10-luq aşağıdakı kimidir:
Hindistan - 1,47 milyarddan çox;
Çin - 1,41 milyard;
ABŞ - 349 milyon;
İndoneziya - 287,9 milyon;
Pakistan - 259,3 milyon;
Nigeriya - 242,4 milyon;
Braziliya - 213,6 milyon;
Banqladeş - 177,8 milyon;
Rusiya - təxminən 146 milyon;
Efiopiya - 138,9 milyon
BMT-nin demoqrafik proqnozları da göstərir ki, bu ölkələrin çoxu dünyanın ən böyük əhali mərkəzləridir. Növbəti onilliklərdə Afrika ölkələrinin, xüsusən də Nigeriya və Efiopiyanın reytinqdə yüksəlməsi gözlənilir.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ