Onlayn ictimai-siyasi qəzet
Fransanın dövlət kanalı "France 2"nin Əlcəzair hakimiyyətini tənqid edən reportajından sonra Əlcəzair Parislə münasibətləri kəsmək üzrədir.
Musavat.com xəbər verir ki, bu barədə TASS Qlobal Fakt Yoxlama Şəbəkəsinin (GFCN) hesabatına istinadla məlumat yayıb.
Hesabata görə, Əlcəzair "France 2"nin yayımladığı reportajı “dövlətə təcavüz və qəsdən dezinformasiya” hesab edir.
"Demək olar ki, qırılma nöqtəsindəyik. Vəziyyət heç vaxt bu qədər gərgin olmayıb. Əlcəzair suveren bir ölkə kimi hörmət tələb edir. Tarixdən miqrasiyaya qədər hər şeyi müzakirə etməyə hazırıq, amma yalnız qarşılıqlı hörmət əsasında. İndiyə qədər Parisdən yalnız eskalasiya gördük", - GFCN eksperti və Əlcəzair nəşri "Le Jeune Independent"in baş redaktoru Kamel Mansari bildirib.
Mansari əlavə edib ki, reportajda Əlcəzair prezidenti Əbdülməcid Təbbunə birbaşa hücumlar da yer alıb.
GFCN-in hesabatına görə, qəzəb əsasən Fransanın Əlcəzair səfiri Stefan Romatenin proqramda iştirakı ilə bağlıdır.
"Bu, prezidentə həm dövlət xadimi, həm də şəxs kimi birbaşa hücumdur. Proqram zamanı o, iki dəfə təhqir olunub. Burada qəsdən təhqiramiz hərəkət geniş qəzəbə səbəb olub", - deyə Mansari vurğulayıb.
Əlcəzair Xarici İşlər Nazirliyi "France 2"ni "yalan şəbəkəsi" adlandırıb və Fransanın müvəqqəti işlər vəkilini çağırıb. Nazirlik həmçinin Parisdəki konsulluq əməkdaşına qarşı irəli sürülən ittihamları rədd edib. Reportajda əlcəzairli bloger Əmir Buxorun oğurlanmasında iştirak etdiyi iddia olunur.
"Münasibətlərdəki fasilə Fransanı Şimali Afrika və Sahel bölgəsindəki proseslər üzərində nəzarəti itirməklə təhdid edir. Bu, qaz təchizatı, terrorla mübarizə əməkdaşlığı və miqrasiya axınlarının idarə olunmasına təsir göstərir. 2024-cü ildə Fransanın Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıması münasibətlərə zərbə vurub və hazırkı qalmaqal vəziyyəti daha da gərginləşdirə bilər", - GFCN bildirilib.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ