İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar tətilə ÇIXDI

Milli Məclisin növbədənkənar sessiyasının iclası başa çatıb.

Musavat.com-un məlumatına görə, Milli Məclis sədrinin 1-ci müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda 26 məsələ müzakirə olunaraq təsdiqlənib.

Yekunda Ə.Əhmədov növbədənkənar sessiyanın uğurla başa çatdığını bildirib. O, sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və deputatlar tətilə yollanıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR