İnsanlara hürriyət, millətlərə istiqlal!

“Delta” qüvvələri İraq sərhədində - Tramp İrana qarşı HƏRƏKƏTƏ KEÇİR

ABŞ-ın “Delta” xüsusi təyinatlı qüvvələri İraq sərhədlərinə yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Kürdistan 24” telekanalı siyasi və hərbi analitikə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu xüsusi təyinatlı qüvvələr Venesuela hökumətinin başçısı Nikolas Maduronun həbs edilməsi əməliyyatını həyata keçirib.

Bu hadisələr Donald Trampın son günlər İslam Respublikasına nüvə və raket fəaliyyətinin bərpası, həmçinin etirazçıların öldürülməsi və əzilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsindən sonra baş verib.

Bəzi media qurumları həm də ABŞ-ın İrana mümkün hücum üçün qoşunlarını və döyüş təyyarələrini Avropaya köçürdüyü barədə məlumat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR