Onlayn ictimai-siyasi qəzet
İranla danışıqlarda heç bir irəliləyiş olmazsa, ABŞ Hörmüz boğazından gəmilərin keçidini təmin edən "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə deyib: "Əgər heç nə olmazsa, "Azadlıq Layihəsi"nə qayıda bilərik, amma bu, "Azadlıq Layihəsi Plus" olacaq”.
Qeyd edək ki, ABŞ 4 mayda "Azadlıq Layihəsi" əməliyyatına başlayıb, lakin ertəsi gün Amerika prezidenti onun müvəqqəti dayandırılmasını elan edib. O, Pakistanın və bir sıra digər ölkələrin tələbi ilə təşəbbüsü dayandırmağa razı olduğunu bildirib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ