İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Zelenskiyə açıq HƏDƏ – Rusiyaya hücumlar dayanır?

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın administrasiyasının hədə ilə şərt irəli sürdüyünü açıqlayıb. Musavat.com-un xəbərinə görə, ABŞ Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmayacağı təqdirdə, kəşfiyyat məlumatlarının mübadiləsini dayandıracağı ilə təhdid edib. Zelenski qeyd edib ki, şəxsən belə bir xəbərdarlıq almayıb, lakin Ukrayna generallarına məlumat verilib.

The Economist": Ukrayna və ABŞ müharibənin cəbhə xətti boyu dondurulmasını  müzakirə edir

Qeyd edək ki, son iki il ərzində Moskvaya ən böyük dron hücumu olub. Ukrayna ordusu Rusiya paytaxtına 500-ə yaxın PUA göndərib. Dronlardan 180-ı Moskva yaxınlığında vurulub. Qalanları isə paytaxt regionundan uzaq məsafədə vurulub. Rusiya Müdafiə Nazirliyi 902 dronun vurulduğu barədə məlumat yayıb. PUA-ların Rusiyanın mərkəzi, Povolje, cənub və şimal-qərb regionları üzərində vurulduğu açıqlanıb.

Dron hücumu Moskvanın hava qovşağını iflic edib. Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanları müxtəlif dövrlərdə təyyarələrin uçuşu və enişini dayandırıb.
Vnukovo hava limanının fəaliyyəti səkkiz saatdan çox müddətə dayandırılıb. Məhdudiyyətlər zamanı bütün sərnişinlər terminala qaytarılıb. Türkiyədən Moskvaya uçan 11 reys geri qaytarılıb. Flightradar24 məlumatlarına görə, təyyarələr İstanbula yönləndirilib.

Ukraynadan Rusiyaya növbəti hücum: Günlərdir yanan neft anbarını yenidən  vurdu - Oxu.az

Hərbi ekspert Ramil Məmmədlinin Musavat.com-a dediyinə görə, ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırması Rusiyaya qarşı hərbi əməliyyatlanın effektivliyini azalda bilər. Onun fikrincə, lakin bu, Ukraynanın müdafiəsinin avtomatik olaraq çökməsi və ya Rusiyanın bütün istiqamətlərdə üstünlük qazanması demək deyil: “Nəticə məlumatların hansı hissəsinin kəsilməsindən, fasilənin nə qədər davam etməsindən və Avropa ölkələrinin boşluğu nə dərəcədə doldura bilməsindən asılıdır”.

Ramil Məmmədli hesab edir ki, kəşfiyyat məlumatı təkcə düşmənin harada olduğunu göstərən xəritə deyil. Onun sözlərinə görə, buraya peyk görüntüləri, radar müşahidələri, raket buraxılışları barədə xəbərdarlıqlar, radioelektron məlumatlar və düşmənin hərbi fəaliyyətinin təhlili daxil ola bilər: “Raket buraxılışları barədə erkən xəbərdarlığın azalması bəzi hallarda Ukraynanın hava hücumundan müdafiə sistemlərinin reaksiya verməsi üçün mövcud vaxtı azalda bilər. Bu, xüsusilə ballistik raketlərə qarşı əhəmiyyətlidir. Avropanın öz imkanları var, lakin raket buraxılışlarının kosmosdan erkən aşkarlanmasında ABŞ-ın xüsusi rolu mövcuddur. Peyk görüntüləri və digər kəşfiyyat məlumatları azalarsa, Ukrayna bəzi hərbi dəyişiklikləri daha gec müəyyən edə bilər. Nəticədə qərarların hazırlanması ləngiyə, yanlış qiymətləndirmə riski arta bilər. Bu, yalnız hücum əməliyyatlarına deyil, müdafiə planlaşdırılmasına da təsir göstərər”.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR