İnsanlara hürriyət, millətlərə istiqlal!

Dahşətli məktəb qətliamı: 9 ölü, 27 yaralı

Kanadada baş verən silahlı hücum ölkəni sarsıdıb.

Musavat.com xəbər verir ki, 18 yaşlı Cessi van Rutselaarın törətdiyi hücum nəticəsində son dəqiqləşdirilmiş məlumata görə 9 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Mediada yayılan məlumatlara əsasən, hücum edən şəxs təxminən 6 il əvvəl cinsiyyət keçidi prosesinə başladığı bildirilən yeniyetmə olub. Rəsmi qurumlar isə bu məsələ ilə bağlı əlavə şərh verməyib.

Qurbanlar arasında hücumçunun anası və ögey qardaşı da var – onların meyitləri yaşadıqları evdə tapılıb. Bundan başqa, 12–13 yaşlı 5 məktəbli və bir müəllim öldürülüb. Hücum edən şəxs daha sonra intihar edib.

Polis hadisənin motivlərini hələ də açıqlamayıb. Bildirilir ki, son illər hüquq-mühafizə orqanları onun yaşadığı ünvana psixoloji problemlərlə bağlı müraciətlər əsasında bir neçə dəfə gəlib. O 4 il əvvəl məktəbi tərk edibmiş.

Kanada mediası bu hadisəni ölkə tarixində ən qanlı hücumlardan biri kimi qiymətləndirir. Qətliam yalnız 1989-cu ildə baş verən "École Polytechnique" faciəsi (14 ölü) və 2020-ci ildə Nova Scotia əyalətində baş vermiş silsilə qətllərdən (22 ölü) sonra üçüncü ən ağır hadisə sayılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR