Onlayn ictimai-siyasi qəzet
“Mehmed: Fetihler Sultanı” serialının yeni tizerində azərbaycanlı reper Payam Türkün “Mənəm Türk” mahnısından istifadə olunub.
Musavat.com xəbər verir ki, ekran işinin yeni tizerində səslənən bəstə xüsusilə Rüzgar Aksoyun canlandırdığı “Uzun Həsən” obrazının yer aldığı kadrlarda diqqət çəkib.

Tizerdə tarixi hadisələri əks etdirən səhnələr fonunda “Mənəm Türk” mahnısının səslənməsi videoya fərqli və emosional ab-hava qatıb. Mahnının serialda istifadə olunması Azərbaycan musiqisinin Türkiyədə geniş auditoriyaya təqdim olunması baxımından da diqqət çəkən məqam kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, “Mehmed: Fetihler Sultanı” serialının baş rolunu məşhur türkiyəli aktyor Serkan Çayoğlu canlandırır. Ekran işi Osmanlı tarixinin mühüm dövrlərindən birinə və Sultan II Mehmedin həyatına həsr olunub.
Könül
Musavat.com
16 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ