Onlayn ictimai-siyasi qəzet
Müğənni Aysun İsmayılova hüquq-mühafizə orqanlarına müraciət edib.
Musavat.com xəbər verir ki, sənətçinin verdiyi məlumata görə, evinə dəvət etdiyi mebel ustaları yenilənmə adı altında onun 12 000 manat dəyərindəki mebelini götürərək aparıblar.
Ustalar mebelin bərpası və dəyişdirilməsi üçün əlavə olaraq 5000 manat da nağd pul alıblar. Lakin aradan 6 ay vaxt keçməsinə baxmayaraq, mebel üzərində heç bir təmir işi aparılmayıb. Ustalar 6ay sonra 12 minlik mebeli geri gətirsələr də, ödənilən 5000 manat vəsaiti geri qaytarmaqdan imtina ediblər.
Könül
Musavat.com
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ