İnsanlara hürriyət, millətlərə istiqlal!

"Siz bunu bir il əvvəl də deyirdiniz!" - Cared Kuşnerdən Vladimir Putinə ŞOK CAVAB

ABŞ Prezidenti Donald Trampın nümayəndələri — Cared Kuşner və Stiv Vitkoff sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə məxfi görüş keçiriblər.

Musavat.com xəbər verir ki, "The New York Times" nəşrinin əldə etdiyi məlumata görə, danışıqların əsas mövzusu Ukraynadakı müharibənin dayandırılması və münaqişənin tənzimlənməsi yolları olub.

Görüş zamanı Rusiya lideri amerikalı nümayəndələrə Rusiya ordusunun yaxın bir neçə ay ərzində bütün Donbas ərazisini tam nəzarətə götürəcəyini iddia edib.

Lakin Kremlin bu proqnozu ABŞ nümayəndə heyəti tərəfindən ciddi şübhə ilə qarşılanıb. Cared Kuşner səsləndirilən müddətlərin reallığına inanmayaraq Putinlə açıq debat və mübahisəyə girib:

"Sizə olan bütün hörmətimlə bildirirəm ki, siz eynilə bu sözləri bir il əvvəl də bizə demişdiniz. Bir ildən sonra yenidən bura gələcəyimiz və sizin eyni sözləri təkrar edəcəyiniz ehtimalı nə qədərdir? Bəlkə bir ili əbəs yere itirməyək?"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR