Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur “Çocuklar Duymasın” serialında Şükrü obrazını canlandıran aktyor Şükrü Koruyucu uzun illər sonra kameralar qarşısına çıxıb.
Koruyucu serialın yaradıcısı Birol Güvenin anasının dəfn mərasimində görüntülənib. Uzun müddətdir ekranlardan uzaq olan aktyorun son görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
2002-ci ildə yayımlanmağa başlayan “Çocuklar Duymasın” illər ərzində müxtəlif dövrlərdə yenidən ekranlara qayıdıb və 2019-cu ilə qədər yayımlanıb. Serial ümumilikdə 9 mövsüm və 500-dən çox bölümlə türk televiziya tarixinin uzunömürlü ailə komediyalarından birinə çevrilib.
Şükrü Koruyucunun canlandırdığı Şükrü obrazı isə serialın yadda qalan personajlarından olub. O, xüsusilə Alpaslan Özmolun canlandırdığı Çayçı Hüseynlə birlikdə yer aldığı səhnələrlə tamaşaçıların rəğbətini qazanıb.
Koruyucu uzun müddətdir ictimaiyyət qarşısında görünmədiyi üçün onun yeni görüntüləri diqqət çəkib. 54 yaşlı aktyorun saçlarının ağardığı və görünüşünün illər ərzində dəyişdiyi müşahidə olunub.
Onun fotolarının sosial mediada paylaşılmasından sonra bəzi istifadəçilər aktyoru ilk baxışda tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Şükrü Koruyucunun son görüntüsü “Çocuklar Duymasın”ın köhnə aktyor heyətinə və serialın məşhur obrazlarına olan marağı yenidən gündəmə gətirib.//Demokrat.az
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ