İnsanlara hürriyət, millətlərə istiqlal!

Ciqan silah zoruna bağbanı diz çökdürüb - "Uşaqlara təcavüz edirsən!"

Rusiyalı reper Ciqan (Denis Ustimenko-Vaynşteyn) bağbanını yetkinlik yaşına çatmayanlar ilə silahlı münasibətdə olduğunu etiraf etməyə məcbur edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə iyul ayında baş verib. Ciqan qəzəblənərək bağbanına silah tuşlayıb və onun pedofil olduğunu iddia edib. O, kişini diz çökdürüb, uşaqlara qarşı cinayətlərini etiraf etməyə məcbur edib, sonra isə sağa-sola atəş açıb.

Şahid Denisin sözlərinə görə, Ciqan bağbanının üstünə qışqıraraq deyirmiş: "Sənin barəndə bilirəm. Bilirəm ki, uşaqlara təcavüz edirsən!".

Mübahisə zamanı bağban fürsət taparaq ayağa qalxıb və sənətçinin bağından qaçmağı bacarıb.

Bu, Ciqanın ilk qalmaqalı deyil. Daha əvvəl onun keçmiş həyat yoldaşına və uşaqlarına ölüm təhdidi etdiyi bildirilib. Hadisə barədə Oksana Samoylovanın anası məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR