İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən İrana ŞOK dəstək: Gəmilərini göndərdi, Amerikaya MEYDAN oxudu

Çin ordusuna məxsus 055 və 052D tipli bir neçə ağır esmines Haynan bazasından İran sularına göndərilib. İranın “Bartarinha” saytı məlumat yayıb. Bunun bazar günü İran, Çin və Rusiyanın birgə keçirəcəyi hərbi dəniz təlimləri ilə bağlı olduğu bildirilib.

Bəzi ekspertlər isə ABŞ donanmasının bölgədə olması ilə üst-üstə düşən bu hərəkəti Pekinin Tehrana dəstəyinin nümunəsi hesab edirlər.

İrana hücum ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu İslam Respublikasının silahlı qüvvələrinin hədəfinə çevirəcək. Bunu İranın Ali Lideri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi bildirib.

"Silahlı qüvvələrimiz döyüşə hazırdır və düşmənin hər hansı bir hücumu quruda, dənizdə və bölgədəki bütün Amerika bazalarında sarsıdıcı cavabla qarşılanacaq", - deyə İRNA onun sözlərini sitat gətirib.

Sadeqi deyib ki, ABŞ və müttəfiqlərinin bütün hərbi bazalarının koordinatları İranın əlindədir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp "böyük bir armada"nın İrana doğru irəlilədiyini bildirmişdi. O, Tehranın danışıqlar masasına oturacağına və nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşma imzalayacağına ümid etdiyini bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR