Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Çin mərkəzli elektrikli avtomobil istehsalçısı XPeng rəsmi olaraq uçan avtomobil istehsalına başlayıb.
Şirkət bildirir ki, yeni nəsil nəqliyyat vasitəsi həm avtomobil kimi yollarda hərəkət edə, həm də qısa məsafələrdə uçuş həyata keçirə biləcək.
Məlumata görə, XPeng bu layihə ilə gələcəkdə hava nəqliyyatının şəxsi istifadəyə uyğunlaşdırılmasını və şəhər tıxaclarının azaldılmasını hədəfləyir. İlk kommersiya uçuşlarının yaxın illərdə həyata keçirilməsi planlaşdırılır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ