İnsanlara hürriyət, millətlərə istiqlal!

"Milyonerlər məhəlləsi"ndə YANĞIN - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin 6-cı mikrorayon, "Nəsimi " metrosunun yaxınlığında, "Milyonerlər məhəlləsi"ndə baş verdiyi bildirilir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR