Onlayn ictimai-siyasi qəzet
Uzun illərdir küsülü olduğu deyilən Əməkdar artist Rühəngiz Müşəvi və müğənni Əli Mirəliyev barışıb.
Sənətçilər aparıcı Elgiz Əkbərin verilişində bir araya gəliblər. Efir zamanı tərəflər arasında yaranan inciklik aradan qalxıb və onlar münasibətlərinə son qoyaraq barışmaq qərarına gəliblər.
Proqramda sənətçilərin barışıq anları da nümayiş olunub. Səmimi görüntülər izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Rühəngiz Müşəvi və Əli Mirəliyev arasında uzun müddətdir davam edən küsülülük mediada və sosial şəbəkələrdə dəfələrlə müzakirə olunub. Onların efirdə barışması isə izləyicilər tərəfindən müsbət qarşılanıb./milli.az/
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ