İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiyadakı taun bioloji silahdır?" — Trampdan açıqlama

ABŞ Prezidenti Donald Tramp Rusiyada yayılan taun həyəcanı və bu infeksiyanın bioloji silah ola biləcəyi barədə iddialara münasibət bildirib.

Musavat.com xəbər verir ki, jurnalistin "Rusiyadakı taun xəstəliyi bioloji silahdır?" sualını cavablandıran Tramp bu ehtimalı aşağı qiymətləndirib.

ABŞ lideri məsələ ilə bağlı bunları deyib: "Biz belə düşünmürük. Tezliklə dəqiq öyrənəcəyik, lakin hələlik belə hesab etmirik. Rusiyalılar vəziyyətin tam nəzarət altında olduğunu bildirirlər".

Jurnalistin "Hazırda Rusiya ilə bağlı, COVID-19 pandemiyasının başlanğıcında Çinə qarşı yarandığı kimi eyni hissləri keçirirsinizmi?" sualına isə Tramp belə cavab verib: "Çin demək olar ki, heç nə demirdi, Rusiya da o qədər çox danışmır. Lakin onlar vəziyyətin tamamilə nəzarət altında olduğunu iddia edirlər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR