İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər xurma yeməməlidir

Şəkərli diabeti olan şəxslərin xurma yeməyi məhdudlaşdırması tövsiyə olunur, çünki bu meyvə yüksək miqdarda şəkər ehtiva edir.

Həkim-qastroenteroloq Yelena Pexotina bildirib ki, xurmanın həddindən artıq qəbulu həm qəbizlik, həm də qanda qlükoza səviyyəsinin artmasına səbəb ola bilər.

O, diabet və qəbizlik riski olan insanlara xurmanı gündə bir-iki kiçik ədəd ilə məhdudlaşdırmağı tövsiyə edib:

"Buna baxmayaraq, xurma hələ də antioksidantlar, karotinoidlər, C vitamini və kaliumla zəngin faydalı bir məhsuldur".

Həkim qeyd edib ki, bu meyvə damar sağlamlığını gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır və bağırsağın, həmçinin immun sisteminin fəaliyyətinə dəstək olur. (milli.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR