Onlayn ictimai-siyasi qəzet
Kolumbiya hökuməti İranla diplomatik münasibətləri dayandırmaq barədə qərar qəbul edib.
Musavat.com xəbər verir ki, eyni zamanda, Kolumbiya İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
Kolumbiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu qərar İran rəhbərliyinin milli təhlükəsizliyə təhdid yaradan beynəlxalq terror və narkoterror təşkilatları ilə ehtimal olunan əlaqələri ilə bağlıdır.
Rəsmi Boqota İran hakimiyyətini insan hüquqlarını pozmaqda, Yaxın Şərq münaqişəsinə cəlb olunmayan dövlətlərə hücum etməkdə, Hörmüz boğazını bağlamaqda və İranın nüvə proqramının yoxlanılması ilə bağlı AEBA-nın (MAQATE) fəaliyyətinə mane olmaqda təqsirləndirib.
Kolumbiya XİN vurğulayıb ki, diplomatik münasibətlərin dayandırılması konsulluq əlaqələrinin kəsilməsi anlamına gəlmir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ