İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Türkiyənin "qədər matçı" var - 23:00-da...

Bu gün F qrupunda Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Musavat.com xəbər verir ki, bu görüş Hamburq şəhərində keçiriləcək. İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir. Qrupun digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Qarşılşama Helzenkirhen şəhərində reallaşacaq. Lider Portuqaliya millisinin 6, Gürcüstanın isə 1 xalı var.

F qrupunda hər iki oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.

F qrupu, III tur

23:00. Çexiya - Türkiyə

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Hamburq, “Folksparkştadion".

23:00. Gürcüstan - Portuqaliya

Baş hakim: Sandro Şörer (İsveçrə).

Helzenkirhen, "Feltins Arena".

1 Portuqaliya 2 2 0 0 5-1 6
2 Türkiyə 2 1 0 1 3-4 3
3 Çexiya 2 0 1 1 2-3 1
4 Gürcüstan 2 0 1 1 2-4 1

Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR