Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur iş adamı Nüsrət Gökçənin öz restoranında qeyri-adi servis anları nümayiş etdirməsi sosial mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, videoda Nüsrətin müştərinin əyləşdiyi masaya yaxınlaşdığı və xüsusi hazırlanmış, üzəri qızılla örtülmüş əti təqdim etdiyi görünür.
Görüntülər qısa müddətdə sosial mediada yayılıb və onun servis tərzi ətrafında müxtəlif fikirlər səsləndirilib. Bəzi istifadəçilər bu təqdimat formasını tənqid edib, digərləri isə bunu Nüsrətin uzun illərdir restoranlarında tətbiq etdiyi şou yönümlü konsepsiyanın bir hissəsi kimi qiymətləndirib.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ