Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin ilk yarısında Rusiyada restoran və digər iaşə obyektlərində alkoqollu içkilərin satışında kəskin azalma qeydə alınıb.
Musavat.com xəbər verir ki, “Kommersant”ın məlumatına görə, ölkə üzrə restoranlarda alkoqol satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz azalaraq 818,3 min dekalitrə düşüb.
Mənfi dinamikanın əsas səbəbləri kimi iaşə obyektlərinin bir hissəsinin bağlanması, restoranlara müştəri axınının azalması və ümumi hesabda alkoqollu içkilərin payının aşağı düşməsi göstərilir.
Bildirilir ki, restoran qiymətləri ilə satılan alkoqollu içkilər getdikcə daha çox istehlakçı üçün əlçatmaz olur. Bu da müştərilərin restoranlarda spirtli içkilər sifariş etməkdən imtina etməsinə və ya istehlakı azaltmasına səbəb olur.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ