Onlayn ictimai-siyasi qəzet
Bu gün Braziliyada ümumi seçkilərin birinci turu keçiriləcək. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nəticələr təkcə ölkənin növbəti dörd il üçün növbəti prezidentini deyil, həm də ştatların və Federal Dairənin qubernatorlarını, Deputatlar Palatasının tamamilə yenidən qurulmasını və Federal Senatın üçdə birini (müvafiq olaraq parlamentin aşağı və yuxarı palataları), eləcə də regional qanunvericilik məclislərinin üzvlərini müəyyən edəcək.
Qeyd edək ki, Braziliyada prezident, qubernatorlar və senatorlar majoritar sistemlə, federal və regional deputatlar isə proporsional sistemlə seçilir. Əgər prezidentliyə namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu qazana bilməsə, səsvermənin ikinci turu 25 oktyabrda keçiriləcək.
Ali Seçki Məhkəməsi seçkilərdə iştirak etmək üçün 12 prezidentliyə namizədi qeydiyyata alıb.
Rəy sorğuları göstərir ki, əsas mübarizə keçmiş prezidentin oğlu Flavio Bolsonaro ilə hazırkı prezident Lula da Silva arasında gedəcək.
Silva dəfələrlə ABŞ-ın seçkilərə təsir etməyə çalışdığını bəyan edib. Onun hakimiyyəti hətta ABŞ-ın təyin etdiyi yeni səfirin işə başlamasına imkan verməyib, bir neçə dəfə müxtəlif tədbirlərdə iştirak etmək istəyən ABŞ rəsmilərinin Braziliyaya səfərinin qarşısı alınıb.
ABŞ prezidenti Donald Tramp Silvadan əvvəlki prezident, Silva hakimiyyətinin həbs etdirdiyi Jair Bolsanarunu müdafiə edib. İndi onun oğlunun namizədliyini də dəstəklədiyi bildirilir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ