Onlayn ictimai-siyasi qəzet
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 40 minə yaxın iştirakçı urbanizasiya və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsi aparır.
Bunu "Report"a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Ulf Bjornholm bildirib.
Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən gələn iştirakçıların bir araya gələrək fikir mübadiləsi aparması üçün mühüm platformadır: "Burada nazirlər, dövlət başçıları, vətəndaş cəmiyyəti nümayəndələri, bələdiyyə sədrləri iştirak edir. Onlar görüşür, bir-birindən öyrənir və təcrübələrini bölüşürlər. Bu, həqiqətən də möhtəşəmdir. WUF urbanizasiya sahəsində çalışan tərəflərin bir araya gəldiyi əsas beynəlxalq platformalardan biridir".
UN-Habitat rəsmisi Azərbaycanın forumun təşkili ilə bağlı gördüyü işləri də yüksək qiymətləndirib. O bildirib ki, ölkə barədə çox müsbət təəssürata malikdir: "Azərbaycanın burada yaratdığı mühit olduqca təsirlidir. Bu arenanın qurulması həm texniki, həm də mədəni baxımdan heyrətamizdir. Tədbir sayəsində Azərbaycan haqqında çox şey öyrəndim".
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ