İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bizim bir konsertimiz bu gün onların 100 konsertidir"

“Bizim zamanımızda geyim, söz və musiqi üçün xüsusi insanlar var idi, onlar seçim edirdilər ki, olar, yoxsa olmaz. İstər efir, istər konsert olsun. Bizim başqa heç bir şey geyinməyə, taxmağa, oxumağa, söz deməyə ixtiyarımız yox idi. Ona görə də mənim yaşıdlarım hər şeyin yerini biliblər”.

Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Gün ortası” verilişində deyib. O, hazırkı dövrdə müğənni olmağın daha asan olduğunu bildirib:

“İndiki müğənnilər üçün hər şey hazırdır: geyim, repertuar, səsyazma, səsi düzəltmək belə var. İndi müğənni olmaq çox asandır. Get canlı oxu, millət görsün ki, sən nə ifa edirsən, ondan sonra fonoqramını oxu. Bizim zamanda rayonlarda Mədəniyyət Evlərində konsert verirdik, çox bərbad idi. Səhnədən getmək istəyirdik, hündürdaban ayaqqabımız orada ilişib qalırdı. İndiki müğənniləri ora göndərsələr, bizim çəkdiyimiz əziyyətləri çəkərlərmi? İnanmıram, heç vaxt çəkməzlər. Bizim bir konsertimiz bu gün onların 100 konsertidir. Sənətlərini sevirəm, hörmətim var, amma haqqı deməliyəm”.//Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR