Onlayn ictimai-siyasi qəzet
The Washington Post yazır ki, Xirosimaya atom bombasının atılmasında iştirak edən pilotun gündəliyi 950 min dollara satışa çıxarılıb.
Musavat.com xəbər verir ki, söhbət 1945-ci il avqustun 6-da Yaponiyanın Hiroshima şəhərinə atılan atom bombasını daşıyan “Enola Gay” təyyarəsinin heyət üzvü, ikinci pilot Robert A. Lewisdən gedir. Onun şəxsi bloknotunda tarixə düşən məşhur cümlə də yer alıb: “Tanrım, biz nə etdik?”
Həmin ifadə partlayışdan sonra gördüyü dağıntıların təsiri altında yazılıb və sonradan atom bombardmanının simvolik etirafına çevrilib. Tarixçilər qeyd edirlər ki, bu cümlə təkcə bir pilotun emosiyası deyil, həm də bəşəriyyətin nüvə dövrünə qədəm qoymasının mənəvi yükünü əks etdirən sənəd kimi qiymətləndirilir.
Gündəliyin artıq beşinci dəfə satışa çıxarıldığı bildirilir. Ekspertlər hesab edirlər ki, sənəd həm hərbi tarix, həm də etik-mənəvi müzakirələr baxımından nadir material sayılır və kolleksiyaçılar üçün böyük maraq doğurur.
Xatırladaq ki, Xirosimaya atılan bomba on minlərlə insanın dərhal həlak olmasına, daha sonra isə radiasiya nəticəsində minlərlə insanın ölümünə səbəb olmuşdu. Hadisə İkinci Dünya müharibəsinin son mərhələsini sürətləndirsə də, nüvə silahlarının istifadəsi ilə bağlı mübahisələr bu günə qədər davam edir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ